Azərbaycan siyasətində qadınların mövqeyi
Azərbaycan siyasətində qadın
== Tarixi ==
== Şəxslər ==
=== Dövlət və hökumət başçıları ===
==== Azərbaycan SSR ====
Azərbaycan Sovet Sosialist Respublikasının dövlət başçısı funksiyalarını yerinə yetirmiş ilk və tək qadın 9 sentyabr — 20 noyabr 1920-ci illərdə Azərbaycan Kommunist Partiyası Rəyasət Heyətinin sədri olmuş Yelena Stasova olmuşdur.
Azərbaycan Sovet Sosialist Respublikasının hökumət başçısı funksiyalarını yerinə yetirmiş qadın olmamışdır.
==== Azərbaycan ====
İndiyədək Azərbaycan Respublikasının qadın dövlət və hökumət başçısı olmamışdır.
=== Hökumətlərdə ===
==== Azərbaycan SSR ====
==== Azərbaycan ====
Müstəqil Azərbaycan Respublikasının ilk qadın naziri Mütəllibov hökumətində 5 fevral 1991 – 10 dekabr 1992-ci illərdə sosial təminat naziri vəzifəsini tutmuş Lidiya Rəsulova olmuşdur. O, 2 sentyabr 1993 – 13 sentyabr 1997-ci illərdə təhsil naziri vəzifəsini tutmuş və bu vəzifəni tutan ilk qadın olmuşdur.
Azərbaycan Respublikasının ilk qadın ədliyyə naziri 10 yanvar 1998-ci il tarixindən 18 aprel 2000-ci ilədək bu vəzifəni tutmuş Südabə Həsənova olmuşdur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yarandığı gündən bütün rəhbərləri qadınlar olmuşdur. Quruma 1998–2006-cı illərdə Zəhra Quliyeva, 2006–2020-ci illərdə Hicran Hüseynova, 2020-ci ildən isə Bahar Muradova rəhbərlik etmişdir.
Azərbaycan Respublikasının ilk və son qadın dövlət katibi Heydər Əliyevin ilk hökumətində bu vəzifənu tutmuş Lalə Şövkət olmuşdur. O, 7 iyul 1993-cü ildən 11 dekabr 1994-cü illərdə bu vəzifəni tutmuşdur.